SON DƏQİQƏ Bu həftə karantin rejimi sərtləşdirilə bilər? AÇIQLAMA
Gündəm
04.11.2020 18:07
43

SON DƏQİQƏ Bu həftə karantin rejimi sərtləşdirilə bilər? AÇIQLAMA

Xəbər verdiyimiz ki, noyabrın 3-də Azərbaycanda 1242 nəfər koroavirusa yoluxub, 551-i isə müalicə olunaraq sağalıb, evə buraxılıb və 15 nəfər isə vəfat edib. Yoluxma sayı artmaqda davam edərsə bu həftə karantin rejimi yenidən sərtləşə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün hər bir azərbaycanlı karantin qaydalarına əməl edərək ön cəbhədə torpaqlarımızın azadlığı üçün vuruşan əsgərlərə dəstək olmalıdır:

"Biz tək erməni vəhşiləri ilə deyil, gözlə görünməyən düşmən hesab olunan koroavirusla da mübarizə aparırıq. Belə ki, yoluxma sayı artıq 45-50-dən artıq 1242-yə çatıb. Ölənlərin sayı isə 15-ə qədər yüksəlib. Bu artıq rekord və qorxuducu rəqəmlərdir. Təəssüf ki, hələ də koronavirusun nə qədər təhlükəli virus olduğunun fərqində deyil. İnsanlarımız qapalı yerlərdə maskadan istifadə etmir, sosial məsafəni qorumurlar. Nəticə də göz önündədir".

Deputat vurğulayıb ki, bu gün Azərbaycan haqq savaşı aparır:

"Bu savaşda şərt o deyil ki, ön cəbhədə vuruşasan. Karantin qaydalarına əməl edərək, ön cəbhədə düşmənlə mübarizə aparan əsgərlərimizə dəstək olmalıyıq. Həkimlərimiz bu gün koroavirusa deyil yaralı əsgərlərimizin müalicəsinə diqqətlərini yönəltməlidir. Son günlər xəstələrin sayı artdığına görə həkimlərin iki cəbhəyə bölünməsinə səbəb olur. Düşünürəm ki, yoluxma sayı artma dinamikası ilə davam edərsə keçən aylardakı sərt karatin rejiminə geri qayıda bilərik.

Çünki hər hansı addım atılmasa virus ön cəbhəyə də keçə bilər. Təbii ki, bunu heç birimiz arzu etmirik. Hesab edirəm ki, yoluxma sayı bu templə davam edərsə, əhalimizin sağlamlığını qorumaq üçün yenidən karantin rejim sərtləşdirilə və ya məhdudiyyətlər qoyula bilər. Bunun baş verməməsi üçün də vətəndaşlarımız karantin qaydalarına əməl etməli, qapalı məkanlarda maska taxılmalı, sosial məsafəni qorumalı və dezinfeksiya məhlularından istifadə etməlidirlər. Ümid edirəm ki, tezliklə həm torpaqlarımızı erməni vandallarından təmizləyəcik, həm də koroavirusla mübarizədə qalib gələcəyik"
Karantin
koronavirus
deputat
Loading...