SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:  Yanvarın 13-ü və 14-də...
Ölkə
12.01.2021 14:22
330

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü və 14-də...

Əhaliyə hava ilə bağlı xəbərdarlıq edilib.


Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. 


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 


Yanvarın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 


Tibbi-meteoroloji proqnoz


Yanvarın 13-14-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Xəbərdarlıq


Yanvarın 13-dən 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək, Azərbaycanın bəzi rayonlarında isə arabir 18-23 m/s-dək güclənəcək. 

Loading...
Loading...