SON DƏQİQƏ!  Əməkdar artist az öncə vəfat etdi  - FOTO
Mədəniyyət
20.12.2020 16:36
1781

SON DƏQİQƏ! Əməkdar artist az öncə vəfat etdi - FOTO

Azərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov bu gün 71 yaşında dünyasını dəyişib.


Bu barədə MediaBaku.az-a aktyorun həyat yoldaşı bildirib.


Məlumat üçün bildirək ki, Səfərov Atabala Osman oğlu - 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972-1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir. Atabala Səfərov teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyası və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında hazırlanmış bir çox filmlərdə rol alıb.


9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.


Turan Etibaroğlu



Loading...
Loading...