SON DƏQİQƏ! Məşhur aktyor az öncə vəfat etdi  - FOTO
Mədəniyyət
12.12.2020 13:41
1638

SON DƏQİQƏ! Məşhur aktyor az öncə vəfat etdi - FOTO

Rus və Sovet aktyoru Valentin Gaft 86 yaşında vəfat edib.


MediaBaku.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.


Sənətçinin ölümü barədə məlumatı həyat yoldaşı Olga Ostroumova təsdiqləyib.


Onun sözlərinə görə, ölümünün səbəbi iflic olub. 


Bildirilir ki, Gaft dekabrın 15-də Troekurovski qəbiristanlığında, aktyorlar xiyabanında dəfn ediləcək.


Qeyd edək ki, Valentin Gaft 1935-ci ildə Moskvada anadan olub. 22 yaşında Moskva İncəsənət Teatr Məktəbini bitirib, sonra Mossovet Teatrında, Lenkomda, Moskva Dram Teatrında və Satira Teatrında çalışıb. 1969-cu ildən Gaft Sovremennik-də işləyir. 1984-cü ildə RSFSR xalq artisti adını alıb.


Sevgi Balayeva


Loading...