SON DƏQİQƏ: Mutasiyaya uğramış koronavirus daha bir ölkədə aşkarlandı
Dünya
27.12.2020 22:40
343

SON DƏQİQƏ: Mutasiyaya uğramış koronavirus daha bir ölkədə aşkarlandı

Fransada İngiltərə ilə əlaqəsi olan bir nəfərdə koronavirusun (Covid-19) yeni növü aşkarlanıb.


MediaBaku.az Fransa KİV-lərinə istinadən xəbər verir ki, Fransa Səhiyyə Nazirliyindən verilən məlumata görə, dekabrın 19-u Londondan Fransaya gələn şəxsin koronavirus  testi pozitiv çıxıb və dərhal karantinə alınıb.


Məlumatda o da bildirilir ki, bu şəxslə təması olanların müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.


Xatırladaq ki, İngiltərə Səhiyyə Nazirliyinin yeni növ virus açıqlamasından sonra, Türkiyə də daxil olmaqla bir çox ölkələr Birləşmiş Krallığa olan, səyahətlərə qadağa qoyub.


Fəxriyə Qarayeva

Loading...
Loading...