SON DƏQİQƏ!  Nazirlər Kabineti karantin rejimi ilə bağlı bu  QƏRARI DƏYİŞDİ
Cəmiyyət
24.12.2020 20:39
702

SON DƏQİQƏ! Nazirlər Kabineti karantin rejimi ilə bağlı bu QƏRARI DƏYİŞDİ

Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol veriləcək.

Loading...
Loading...