SON DƏQİQƏ!  Nazirlər Kabineti qərarda dəyişiklik etdi:  Bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır
Cəmiyyət
26.12.2020 11:56
606

SON DƏQİQƏ! Nazirlər Kabineti qərarda dəyişiklik etdi: Bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır

Azərbaycanın Baş naziri “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərarda dəyişiklik edib.


MediaBaku.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul etdiyi qərara əsasən 2021-ci il:


​– 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;
– 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

– 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;
– 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.


Qeyd edək ki, qərar dekabrın 28-dən qüvvəyə minir.

Loading...