SON DƏQİQƏ!  Nazirlik açıqladı: Canlı bomba zərərsizləşdirildi  - Qardaş ölkədə (FOTO)
Dünya
11.12.2020 01:08
259

SON DƏQİQƏ! Nazirlik açıqladı: Canlı bomba zərərsizləşdirildi - Qardaş ölkədə (FOTO)

Türkiyə Daxili İşlər Nazirliyi, PKK/KCK/PYD/YPG terror təşkilatı üzvü olan şəxsi Şanlıurfada üzərindəki bombanı partlatmağa çalışarkən, növbətçi polis tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

MediaBaku.az xəbər verir ki, şübhəli şəxsin içində olduğu taksi, Şanlıurfa polisi tərəfindən Viranşehir mahalının girişində saxlanılıb.

Bu zaman şübhəli şəxs üzərindəki bombanı partlatmağa çalışarkən, polis məmuru tərəfindən zərərsizləşdirilib.

Suriya vətəndaşı olduğu məlum olan şübhəlinin üstünün axtarışında, geyindiyi korsetdə təxminən 1,5 kiloqram partlayıcı maddə götürülərək məhv edilib.

Ayişəgül Əhmədova



Loading...