SON DƏQİQƏ:  Operativ Qərargah təcili məlumat yaydı - 4994 NƏFƏR ÖLDÜ, BU GÜN...
Cəmiyyət
19.07.2021 18:56
1541

SON DƏQİQƏ: Operativ Qərargah təcili məlumat yaydı - 4994 NƏFƏR ÖLDÜ, BU GÜN...

Azərbaycanda koronavirus infeksiyasına daha 148 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada 2 nəfər koronavirusdan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 586 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 350 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib, aktiv xəstə sayı 2 242 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 022, ötən müddət ərzində isə ümumilikdə 3 920 841 test aparılıb.

10
Loading...