SON DƏQİQƏ: Ordumuz Qarabağda anti-terror  ƏMƏLİYYATINA BAŞLADI
Siyasət
13.12.2020 00:51
204

SON DƏQİQƏ: Ordumuz Qarabağda anti-terror ƏMƏLİYYATINA BAŞLADI

Erməni terrorçularının Hadrutda Azərbaycan əsgərinə hücumundan sonra ordumuz Qarabağda anti-terror əməliyyata başlayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat yayıb.

Məlumata görə, ordumuz düşmənin Hadrut istiqamətində qalan və təslim olmaq istəməyən bölmələrini mühasirəyə alıb. 

Ermənistan Müdafiə Nazirliyinin məlumatına bunlar yer alıb: 

- Azərbaycan Ordusu Hadrut istiqamətində müxtəlif qruplara qarşı əməliyyatlar keçirir;

- Əməliyyatlar Çaylaqqala və Köhnə Tağlar kəndi ərazisində keçirilir;

Çaylaqqala və Köhnə Tağlar kəndi Xocavənd rayonu ərazisində yerləşir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında bunlar yer alıb: "Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törətmişdir. Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülmüşdür. Hazırda atəşkəs rejiminə riayət olunur".

Qeyd edək ki, Prezident İlham Əliyev isə bu gün Minsk qrupunun həmsədrlərini qəbul edərkən bununla bağlı danışıb:

- Dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur;

- Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir;

- İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar;

- Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil.

Loading...