SON DƏQİQƏ:  Putin canlı yayımda SƏRT XƏBƏRDARLIQ etdi:  Peşman olacaqlar - FOTOLAR
Dünya
21.04.2021 15:06
670

SON DƏQİQƏ: Putin canlı yayımda SƏRT XƏBƏRDARLIQ etdi: Peşman olacaqlar - FOTOLAR

Rusiya prezidenti Vladimir Putin Dumada ənənəvi çıxışı zamanı təhdid dolu ifadələr səsləndirib.


Metbuat.az xəbər verir ki, o bildirib:


"Rusiya başqa ölkələrlə yaxşı münasibətlər istəyir. Lakin təxribatlara sərt cavab verəcəyik. Ümid edirəm ki, heç bir ölkə “qırmızı xətti” keçməz. Hansısa səbəbə görə ya da səbəbsiz yerə Rusiyanı ittiham etmək bəzi ölkələr üçün idman halına gəldi. Rusiyaya qarşı təxribatlar törədənlər heç bir zaman olmadıqları qədər peşman olacaqlar”.


Qeyd edək ki, Putinin çıxışı canlı yayımlanıb.


Loading...