SON DƏQİQƏ!  Rusiya Azərbaycana qoyduğu qadağanı ləğv etdi
Siyasət
15.12.2020 20:58
392

SON DƏQİQƏ! Rusiya Azərbaycana qoyduğu qadağanı ləğv etdi

Rosselxoznadzor dekabrın 16-dan Azərbaycanın bir müəssisəsininin Rusiyaya pomidor daşınmasına icazə verib.

Oxu24.com xəbər verir ki, qurumdan bildirilib ki, təqdim olunan analiz məlumatlarının nəticələrinə görə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Rosselxoznadzor dekabrın 16-dan etibarən Azərbaycanın Xızı rayonu ərazisində yerləşən Aqroterm MMC-dən Rusiyaya pomidor gətirilməsini mümkün hesab edib.

Qərar Rusiya ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında 9, 11 və 14 dekabr 2020-ci il tarixlərində aparılan danışıqların nəticələrindən sonra qəbul edilib. 

Qeyd olunub ki, hazırda Azərbaycandan daha iki istixana məhsulunun idxalına icazə məsələsi nəzərdən keçirilir.

Loading...