SON DƏQİQƏ:  Rusiya
Dünya
18.12.2020 23:24
121

SON DƏQİQƏ: Rusiya "uçan tanklar"ı havaya qaldırıldı - Xüsusi təlimlərdə hədəflər vurulur

Rusiya hərbi donanması Qara dəniz sahillərində xüsusi təlimlər həyata keçirir.


MediaBaku.az Redaktor.az-a istinadən xəbər verir ki, təlimdə bir sıra raket növləri və digər müasir silahlar sınaqdan keçirilir. Əsas diqqət çəkən məqam isə Sprut-SDM1 tankları olub.

Uçmaq və suda hərəkət etmək xüsusiyyətlərinə malik tank paraşütlərlə yerə buraxılıb. Tankın içərisində 3 ekipaj üzvü olub.


18 ton ağırlığı olan tankdan atəş açılmaqla şərti hədəflər vurulub. 


Tank raketlər də daxil olmaqla, 40 silah daşıya bilir.


Qeyd edək ki, ABŞ ordusu Vyetnam müharibəsi zamanı oxşar layihə əsasında M551 "Sherdian" adlı tanklar istehsal edib. 2004-cü ildə bəzi problemlər nəzərə alınaraq layihə dayandırılıb.

Loading...