SON DƏQİQƏ: Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub
Ölkə
20.07.2021 00:02
1004

SON DƏQİQƏ: Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub


Mediabaku.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İyulun 19-u saat 20.50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub. 

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.


Loading...