SON DƏQİQƏ!  Türkiyə tarixdə ilk dəfə olaraq bunu da bacardı:  Qardaş ölkədən SEVİNDİRİCİ XƏBƏR - VİDEO
Siyasət
16.12.2020 21:16
903

SON DƏQİQƏ! Türkiyə tarixdə ilk dəfə olaraq bunu da bacardı: Qardaş ölkədən SEVİNDİRİCİ XƏBƏR - VİDEO

“Müdafiə sənayesinin inkişafı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacağıq. Bu sahədə sevindirici xəbərlərimiz var”.

MediaBaku.az-ın Oxu24.com-a istinadən xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Niğde avtomobil yolunun açılışında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiqindən sonra müdafiə sənayesinə, bu sahədə önəmli xidmətləri olan Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə və onun kollektivinə daha çox dəstək verəcəklər. 

“Biz Türkiyəyik, böyük düşünməliyik. ASELSAN və “Roketsan” tərəfindən inkişaf etdirilən ilk milli və yerli hava hücumundan müdafiə sistemimiz olan “HİSAR-A” Türkiyə ordusunun silahlanmasına daxil olmaq üçün testdən keçirilib.

Amma bu bir az gecikdi. Səbəbi nə idi, bilirsinizmi? Xaricdən aldığımız bir hissəyə embarqo qoyulmuşdu.

Nə qədər maneə olmağa çalışsalar da, “HİSAR-A”-nın mütəmadi istehsalına başlanılıb, xeyirli olsun”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə
Loading...