SON DƏQİQƏ! Türkiyədə zəlzələ oldu
Dünya
20.12.2020 18:23
306

SON DƏQİQƏ! Türkiyədə zəlzələ oldu

Türkiyənin Van bölgəsində 4.4 bal gücündə zəlzələ baş verib.


Mediabaku.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanın Başkale rayonunun mərkəzində Rixter şkalası üzrə 4.4 bal gücündə zəlzələ baş verib.


Yerin 13 kilometr dərinliyində baş verən zəlzələ Başkale və ətraf bölgələrdə də hiss olunub.

 
Kandilli Rəsədxanası və Zəlzələ Tədqiqat İnstitutu (KRDAE) Başkale zəlzələsinin gücünün 4,5 kilometr, dərinliyinin 5,8 kilometr olduğunu açıqlayıb.

 
Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı hələ açıqlanmayıb.

 
Fəxriyə Qarayeva

Zəlzələ
Türkiyə
Kandili
Loading...
Loading...