SON DƏQİQƏ!  Yas yerindən qayıdan azərbaycanlılara silahlı hücum oldu:  Yaralılar var
Hadisə
24.12.2020 14:10
413

SON DƏQİQƏ! Yas yerindən qayıdan azərbaycanlılara silahlı hücum oldu: Yaralılar var

Gürcüstanda iki azərbaycanlı güllələnib


Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib.


MediaBaku.az APA-ya istinadən xəbər verir ki, hər iki şəxs orta yaşlı kişidir və onlar hüzr yerindən qayıdarkən yolda naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələniblər.

Yaralanan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.


Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub, faktla bağlı araşdırma aparılır.

Loading...
Loading...