Maqazin
21.10.2021 11:16
193

"Söyülməyən müğənni yoxdur" - Manaf Ağayev

Müğənni Manaf Ağayev sosial şəbəkədə ona yazılan qarğışdan danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Həmin Zaur" proqramında hava limanında başına gələn hadisənin ona pis təsir etdiyini deyib:

"Sənət dostlarımla hava limanında görüşdük, başqa şəhərlərə toya gedirik. Şəkil çəkdirib paylaşmaq istədim. Mirələm (Mirələm Mirələmov xanəndə - red.) dedi ki, paylaşmayaq. Qusaq asmadım, ağıllı imiş. Bir az keçdi Mirələm bir şey atdı: biri yazmışdı ki, heç sağ-salamat qayıtmayın. Əlimi bilirsiz harada üzdüm? Zöhrə Abdullayevanın oğlu öləndə biri yazmışdı ki, yaxşı oldu öldü, sənə bu da azdı, çox özündən deyirdin. Ağbirçək arvad idi, nə etmişdi? İndi biz getmişik, deyir, sağ qayıtmayın. Buna nə deyim? Çox aqresivdilər. Heç acından öləndə ağlamadım. Öz problemimi özüm yaşıyıram. 1 il 6 ay toy olmadı, siz nə bilirsiniz nə yaşadım? Bütün nəsil üstümdə idi. Bu gün hamıya elə şərh yazılır. Söyülməyən müğənni yoxdur. İçlərində şükürlüsü mənəm".


Loading...
Loading...