Space X-in Falcon 9 raketi buraxıldı
Maraqlı
08.12.2020 10:22
101

Space X-in Falcon 9 raketi buraxıldı

Amerikan "Space X" firması Beynəlxalq Kosmik Stansiyasına yük daşıyan raketini uğurla göndərib.

MediaBaku.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ milyarderi Elon Muska məxsus "Space X" firmasının istehsalı olan raket, 21-ci ticarət uçuşu üçün Floridadakı Kennedy Kosmik Mərkəzindən atılıb.

Raketin ucunda yerləşən Əjdaha kapsulu, Beynəlxalq Kosmik Stansiyaya texniki avadanlıq, qida və yanacaq daşıyır.

Üçüncü dəfə istifadə edilən "Falcon 9" raketi Atlantik Okeanında uzaqdan idarə olunan nəqliyyat platformasına enmək məqsədi daşıyır.

İlahə Kişiyeva

Loading...