“Sumqayıt”da şok:  10 futbolçunun koronavirus testi pozitiv çıxıb
İdman
13.12.2020 17:32
96

“Sumqayıt”da şok: 10 futbolçunun koronavirus testi pozitiv çıxıb

"Sumqayıt"ın futbolçularının növbəti koronavirus testlərinin nəticələri bəlli olub.

MediaBaku.Az Apasport.az-a istinadən bildirir kigörə, test verən 16 oyunçudan yalnız altısında nəticələr neqativ olub.

10 futbolçu isə 14 günlük karantin dövrünü bitirməkdədir və yaxın günlərdəki testin neqativ nəticələnəcəyi ehtimal edilir. 

Əgər bu baş verməsə, Premyer Liqanın XII turunun qarşılaşması təhlükə altına düşəcək. Dekabrın 20-də "Zirə"yə qarşı keçiriləcək səfər matçınadək testi pozitiv nəticələnən oyunçuların sayı 7-dən az olmasa, qarşılaşma yenidən təxirə salına bilər.

Loading...