Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan Elnur:
Cəmiyyət
17.12.2020 20:34
297

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan Elnur: "Snaryad atdılar, komandir ağır yaralandı"

MediaBaku.az "2-ci Vətən Müharibəsi" qazisinin Vətən müharibəsi ilə bağlı təəssuratlarını oxuculara təqdim edir:


2001 təvəllüdlü
qazimiz Elnur Bayramov Nuru oğlu "2-ci Vətən Müharibəsi" zamanı Füzuli, Hadrut, Cəbrayıl və Şuşada torpaqlarımız uğrunda qəhrəmancasına vuruşur və qələbəmizə beş gün qalmış Şuşa uğrunda gedən döyüşlərdə yaralanır. Daha sonra yenidən ayağa qalxaraq cəbhə bölgəsinə geri dönür. Hal-hazırda Hadrutda xidmətdədir. Elnur hələ məktəb illərindən vətən eşqi ilə böyüyüb, ən böyük arzusu isə Şuşaya ilk ayaq basanlardan biri olmaq idi. Elnurun bu arzusu gerçəkləşir. O, müharibədə öz qəhrəmanlığını sübut etmişdi. Döyüş zonasından yaralıları çıxarırdı. Onun üçün ən çətin an isə qollarında komandirinin şəhid olması idi. Düşmənlə üz-üzə gəlsələr belə onlar qorxmadan irəli gedirdilər. Nə qədər deyib gülsələrdə  şəhid olmuş qardaşları heç vaxt yadlarından çıxmaz.


Qazimiz Elnur müharibə təəssüratlarını bizimlə bölüşməyi unutmadı: 


"Füzuli uğrunda qızğın döyüşlər gedir. Əmr almışıq ki kabelləri kəsməliyik ki, kənd işıqsız qala. Mülkü əhaliyədə atmırıq. İşimiz mənfur düşmən ilədir. Kənddə isə mülki əhali var hələ. Mən, komandir və N saylı hissənin bir əsgəri. Üçümüz gedirik, yol isə zil qaranlıq idi. Qarşıda düşmənin qoyub qaçdığı tank var idi. Girdim tankın içinə, silah sursatı götürdüm və çıxdım. Yenidən dönmək istəyirdim ki, sanki içimdən nəsə qoymadı gedəm. 15-20 addım irəli getmişdim ki, tankı düşmən vurdu. Təpəyə çıxıb məlumatları çatdırırdım bizimkilərə. Lakin düşmən olduğum yeri gördü. Hər şey göz qırpımında baş verdi. Snaryad atdılar düz yanımıza. Lakin partlamadı. Komandir yerimizi bildilər dedi və qaçmağa başladıq. Qabaqda komandir, ortada mən, arxada isə digər əsgərlər qaçırdı. Yenə snaryad atdılar. Komandir başından, ayaqlarından, bir əsgər isə qollarından ağır yaralandı. Mənə isə heç bir şey olmadı. Mən həm şok, həm qorxu, həm də qarışıq hisslər içindəydim. Özümü itirmədən bunları ordan uzaqlaşdırdım. Həyatda ən qorxduğum şey ölüm idi. Onunla da dəfələrlə göz-gözə gəldim. Allahdan başqa heçnədən qorxum yoxdur. Bəlkə də mənə edilən dualar idi ki, məni belə odun alovun içindən salamat qurtardı. Amma yenə də deyirəm biz heçnə etməmişik, etdiyimiz hər bir şey Vətən üçün qurbandır. Əsas nə ediblərsə şəhid qardaşlarımız canları bahasına etdilər".



Musa Qasımzadə

Müharibə
Vətən müharibəsi
Hadrut
Komandir
Loading...
Loading...