Şuşadakı hərbçimizdən Zülfiyyə Xanbabayevaya hədiyyə  - VİDEO
Maqazin
01.12.2020 11:03
100

Şuşadakı hərbçimizdən Zülfiyyə Xanbabayevaya hədiyyə - VİDEO

Şuşada olan hərbçilər Xalq artisti Zülfiyyə Xanbabayevaya hədiyyə göndəriblər.
Sfera.az verir ki, bunla bağlı müğənni sosial şəbəkədə paylaşım edib. Videoda Xanbabayevanın "Şuşanın dağları" ifasının şəhərdə hərbçilərimiz tərəfindən səsləndirildiyi yer alıb.
"İllərdir ifa etdiyim "Şuşanın dağları" Şuşanın dağlarında səsləndi. Əziz, qəhrəman hərbçi qardaşımız Elvin, nəğməli Şuşamızdan göndərdiyiniz müqəddəs bayrağımız mənə çatdı. Bu şərəfli bayrağı ömrümün sonuna qədər göz bəbəyim kimi qoruyacağıma söz verirəm" deyə, müğənni bildirib.

Loading...