Şuşanın azad edilməsi əməliyyatı:  Hamıdan gizlədilib və... - HƏRBİ EKSPERT
Siyasət
17.12.2020 21:05
158

Şuşanın azad edilməsi əməliyyatı: Hamıdan gizlədilib və... - HƏRBİ EKSPERT

"Hələ müharibə zamanı davamlı şəkildə qeyd edirdik ki, Azərbaycan mövcud münaqişədən sonra Ermənistanla olan sərhədləri bağlamalı, öz nəzarətinə götürməlidir. Hətta demişdik ki, İran tərəfdən sərhədlər bağlanıbsa, Zəngilan, Qubadlı və Kəlbəcər tərəfdən də düşmənlə olan sərhədlər tamamilə bağlanmalıdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert, polkovnik Fəhmin Hacıyev deyib. O bildirib ki, işğaldan azad olunan ərazilərdə təxribatlarla məşğul olan qruplar varsa, bunu xüsusi nəzarət dronları vasitəsi ilə həll etmək olar:

"Rusiyanın özünün durumu elədir ki, bugün onlardan qorxmaq lazım deyil. Xatırlayaq ki, 90-cı illərdə, Rusiya özünün güclü vaxtında Azərbaycan xalqının iradəsinə qarşı çıxa bilməyib. Azərbaycan Silahlı Qüvvələrinin apardığı əməliyyatlar barədə Rusiya məlumatlı olmayıb. Biz ilk növbədə İranla olan sərhəddi təmizlədik və qoşunlarımız həmin sərhəddi nəzarətə götürdü. Bu, Azərbaycanın süverenliyi yolunda atılan vacib bir addım oldu".

Fəhmin Hacıyev ordumuzun Şuşa şəhərinin azad edilməsi ilə bağlı əməliyyatından da danışıb:

"Şuşa uğrunda aparılan əməliyyatlar elə gizli yollarla aparıldı ki, ondan heçkəsin - Rusiyanın, əlavə təxribatçı qüvvələrin xəbəri olmasın. Şuşa əməliyyatı zamanı döyüşün əlbəyaxa olması, texnikadan istifadə edilməməsi orada olan abidələrin, ərazinin dağıntılara məruz qalmaması üçün idi. Bu, çox düzgün taktika idi və həmin əməliyyatların aparılmasına heç kəs şüphə salacaq bəhanə tapa bilməz".

Loading...