Tanınmış model Sevinc Məmmədova xəstə uşaqlar üçün dəstək istəyir
Maqazin
13.01.2022 17:00
1017

Tanınmış model Sevinc Məmmədova xəstə uşaqlar üçün dəstək istəyir

"Bakı Gözəli" qalibi Sevinc Memmedova son zamanlarda artan və sosial şəbəkələrdə paylaşılan, şəfa gözləyən uşaqlar üçün hərkəsin dəstək olmağını istəyir. 


O, imkanlı insanların bu uşaqlara dəstək olmağını gözleyir. 


Modelin sözlərinə görə, hər kəs gücü çatan qədər maddi yardım etsə çox uşağın sağalmasına kömək göstərmiş olar:


"İmkanlı insanlar artıq yararlı işlər görsünlər. Xəstə uşaqlara dəstək olmaq lazımdır. Gəlin birlikdə xəstə uşaqların şəfa tapması üçün əlimizdən gələni edək. Və "Xəstə uşaq qalmasın" şüarı ilə körpələrin dərdlərinə dərman olaq".

Loading...
Loading...