TƏBİB-dən əhaliyə MÜRACİƏT
Sağlamlıq
09.12.2020 10:03
175

TƏBİB-dən əhaliyə MÜRACİƏT

TƏBİB COVİD-19 virusunun yayılmasının qarşısının alınması üçün əhaliyə müraciət edib.

MediaBaku.az Trend-ə istinadən bildirir ki, müraciətdə bildirilir ki, bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanı nəfəs qədər yaxınımzda hiss etməyimizə səbəb olur.

Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır:

"Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər. Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVİD-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir. Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə yoxdur".

Loading...