TƏBİB-dən karantinin sərtləşdirilməsinin nəticələri ilə bağlı  VACİB AÇIQLAMA
Ölkə
07.01.2021 16:59
743

TƏBİB-dən karantinin sərtləşdirilməsinin nəticələri ilə bağlı VACİB AÇIQLAMA

"Ölkədə elan olunan karantin rejimi qaydalarından sonra koronavirusla bağlı nəticələr yaxşıdır.

Sərtləşdirilmiş karantin rejimi barədə qərar verəndə dörd mindən çox yoluxma sayı var idi və bunun nəticəsi olaraq, xəstəxanalarda yataqların dolması, hətta intensiv terapiya və reanimasiya şöbələrinin dolması çox təhlükəli bir həddə gəlib çıxmışdı”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, sərtləşdirilmiş karantin nəticəsində yoluxma sayı 1000-dən aşağıdır:

"Yoluxma sayının sağalma sayından az olması o deməkdir ki, xəstəxanalarda yataqların sayı azalır, xəstələrin müalicəsi daha da yaxşılaşır:

"Yoluxma sayının rəqəmi ilə aparılan testin sayı əlaqəlidir. Biz heç vaxt situasiyanı rəqəmlə qiymətləndirmirik. Burada yoluxmanın faizinə baxmaq lazımdır ki, aparılan testlərin neçə faizində pozitiv nəticə çıxır. Faizdə ciddi enmələr var”.
Loading...
Loading...