Təbii qazın qiyməti ilə bağlı vacib xəbər  - YANVARIN 1-DƏN BAŞLAYIR!
Sosial
30.12.2020 08:30
549

Təbii qazın qiyməti ilə bağlı vacib xəbər - YANVARIN 1-DƏN BAŞLAYIR!

Bu il olduğu kimi, 2021-ci ilin yanvar ayının 1-də qaz sərfiyatıyla bağlı bütün abonentlərə yeni limit veriləcək.


MediaBaku.Az redaktor.az-a istinadən xəbər verir ki, Tarif Şurasının 22 dekabr 2016-cı il, 19 nömrəli qərarına əsasən, hər il yanvarın 1-də qaz sərfiyyatı ilə bağlı abonentlərin limiti yenilənir. 


Hesabat dövrü mexaniki sayğaclar üçün yanvarın 5-dən, "Smart-kart" tipli sayğacları üçün isə 1-dən götürülür. Limiti Tarif Şurası müəyyənləşdirir.


Qeyd edək ki, təbii qaza tətbiq edilən limitdə bir dəyişiklik yoxdur, əvvəlki qayda tətbiq olunur. Limit illik limit 2200 kubmetrdir. 

Loading...