Tələbələr krediti hansı formada ödəyəcək? - AÇIQLAMA
Tələbə-Gənc
18.06.2021 12:45
92

Tələbələr krediti hansı formada ödəyəcək? - AÇIQLAMA

“Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə növbəti tədris ilindən tələbə kreditləri daha çox tələbənin ali təhsil almaq imkanı əldə etməsinə və təhsil alan tələbələrin təhsil haqqını ödəyə bilməsinə şərait yaradacaq”.

MediaBaku.Az Oxu.Az-a istinadən məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, kredit kommersiya xidməti daşımır:

“Bu, dövlətin vətəndaşlarının təhsil alması baxımından vacibdir. Kreditlər tələbələrə deyil, ali təhsil müəssisələrinə veriləcək. Tələbələr kreditləri 20 il ərzində hissə-hissə ödəyəcək. Həmin müddət ərzində bu və ya digər səbəbdən hərbi xidmətdə olanda, işləməyəndə maliyyə vəsaiti geri qaytarmaq imkanı olmayanda onlara möhlət hüququ da veriləcək”. 

Nazir qeyd edib ki, kredit verilən zaman dövlət və özəl universitetlərdə təhsil alan tələbələr arasında fərq olmayacaq:

“Bakalavr, magistr, doktorantura və peşə təhsili alan hər kəs fonda müraciət edə bilər”.

İlhamə Əbülfət

Loading...