Tolik az öncə qazimiz ilə bağlı paylaşım etdi:
Cəmiyyət
02.12.2020 00:02
346

Tolik az öncə qazimiz ilə bağlı paylaşım etdi: "Aylığı 200 manat olan evdə yaşayır" - FOTO

Məhşur teleaparıcı Tarix Əliyev (Tolik) qazimiz üçün yardım kampaniyası başladıb.

MediaBaku.az xəbər verir ki, bununla bağlı o, öz "İnstagram" hesabında paylaşım edib.

"Dostlar bir neçə gün əvvəl qazimiz Yusif Mahmudovun evində oldum. Və onun maddi vəziyyətinin yaxşı olmadığını görüb sizinlə məsləhətləşibqazimiz üçün maddi vəsait toplamağımıza qərar verdik. İkinci qazimiz Abbasov Hümmət Laçın uğrunda döyüşlərdə yaralanıb. O, ailesi ilə birlikdə aylığı 200 manat olan evde kirayə yaşayır. Ailədə tək işləyən Hümmət olduğu üçün bu vəziyyətdə o çalışa bilmir. Və ona dəstək olmağınızı xayiş edirəm. Dəstəklərinizi əsirgəməyin", - deyə Tolik qeyd edib.

Ayişəgül Əhmədova


Loading...