Toylar dayandırılır, kafe-restoranlar, iş yerləri bağlanır?  RƏSMİ AÇIQLAMA
Ölkə, Cəmiyyət
26.07.2021 11:56
400

Toylar dayandırılır, kafe-restoranlar, iş yerləri bağlanır? RƏSMİ AÇIQLAMA

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir:

“Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə sərt qapanmalara gedilməyəcək”.

Loading...
Loading...