Maqazin
06.01.2021 12:48
485

"Toyuna bir həftə qalmış nişanlını Bakıda qoyub türkə ərə getdin" - Məlahət Abbasova haqqında ŞOK İDDİALAR

Xəbər verdiyimiz kimi aktrisa Məlahət Abbasova xalq artisti Röya Ayxanı yeni il günü rəqs etdiyi üçün tənqid edib. Aktrisa xalq artistinə "Onun nə əxlaqı nə də insanlığı var" deyə sözlər səsləndirib.


Mediabaku.az big.az-a istinadən xəbər verir ki, Sərxan Kərəmoğlu sosial media hesabında Məlahət Abbasova haqqında şok iddialar yazıb. Belə ki, o, post paylaşaraq:


"Əxlaq dərsi? İnsanlıq dərsi ? Kim deyir bunları Məlahət? Sən Məlahət, mən 2009-cu ildə İstanbula köçdüm orada mənim evimə gələ gələ mənim evimi dağıtdın.Sənsən insanlıq dərsi keçən? "TRT AVAZda"mənə iş təklifi gəlmişdi.Gedib orda müdürə əxlaqsız sözlər dedin ki,guya mən sənin haqqında belə belə demişəm.Sənsən əxlaq dərsi keçən? Toyuna bir həftə qalmış dəvətnaməsi paylanan bəyi,nişanlını Bakıda qoyub İstanbula qastrola gedib orada qaldın və türkə ərə getdin,ailən isə oldu pərişan.Sənsən əxlaq dərsi keçən?Mənə gələn serial təklifini özünə çevirdin və çörəyimə 2-ci dəfə bais oldun.Sənsən insanlıq dərsi keçən?Bu nə zəmanədir kimdə nə yoxdursa onunla öyünür hə?Məlahət Abbasova sənin ümumiyyətlə Azərbaycan Mədəniyyəti və İncəsənəti camiyəsi haqqında danışmağa haqqın çatmır.Röya səhv edib özü bilər qarışa bilmərəm çünkü xalq bilər Roya bilər.Səni kim asqırdı bu söhbətin içinə?" sözlərini yazıb.
Qeyd edək ki, onun postunun altında bir çox sənət nümayəndələri bu faktları təsdiqləyiblər.

Loading...
Loading...