Trampdan ŞOK AÇIQLAMA:  Hücumları Rusiya deyil, BU ÖLKƏ edib
Dünya
20.12.2020 12:09
372

Trampdan ŞOK AÇIQLAMA: Hücumları Rusiya deyil, BU ÖLKƏ edib

ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-a qarşı kiberhücumların arxasında Rusiyanın olduğunu bildirib, Donald Tramp isə ölkədəki bir çox quruma qarşı edilən bu hücumların arxasında Çinin ola biləcəyini irəli sürüb.


MediaBaku.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb.


O, rəsmi qurumlara edilən kiberhücumlar barədə tam məlumatlı olduğunu bildirərək, hər şeyin nəzarət altında olduğunu qeyd edib: “3 noyabr prezident seçkiləri zamanı səsvermə sistemi də hədəf alınıb. Bu vəziyyətdə seçkilər ABŞ üçün daha bir xəcalətə çevrildi və mənim qazandığımı açıq şəkildə göstərdi”.


Qeyd edək ki, ötən həftə ABŞ-ın bir neçə hökumət təşkilatlarına, o cümlədən nazirliklərə qarşı kiberhücumlar olub.

Tramp
ABŞ
Rusiya
Pompeo
Kiberhücum
Loading...