Türkiyəli müğənni ETİRAF ETDİ  - Ata tərəfim Gəncəlidir
Maraqlı
14.12.2020 10:04
273

Türkiyəli müğənni ETİRAF ETDİ - Ata tərəfim Gəncəlidir

Vətən müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirən məşhurlardan biri də türkiyəli müğənni Tuğba Ekinci olub.

MediaBaku.az publika.az-a istinadən xəbər verir ki, sənətçi müsahibələrindən birində daima azərbaycanlıların yanında olduğunu deyib:

"Ata tərəfim Azərbaycandandır, Gəncəliyik. Bütün azərbaycanlıların yarasına məlhəm olmaq istəyirəm. Biz həmişə onlarla iki qardaş kimi olmuşuq. İki dövlət, bir millətik. Onları heç vaxt özümüzdən ayrı tutmamışıq. Azərbaycanlı olduğum üçün fəxr edirəm".

Loading...