Türkiyə Azərbaycan üçün bunu da etdi:  NATO-nun iclasında Qarabağ...
Siyasət
02.12.2020 22:49
205

Türkiyə Azərbaycan üçün bunu da etdi: NATO-nun iclasında Qarabağ...

“Qarabağ məsələsində bitərəf ola bilmədiniz”.

Oxu24.com-un xəbərə görə, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin bu gün telekonfrans formatında keçirilən toplantısında Fransa və Yunanıstan xarici işlər nazirlərinin Qarabağ münaqişəsi ilə bağlı Türkiyəni tənqid etməsinə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu belə cavab verib.

Diplomatik mənbələrdən o da bildirilib ki, NATO-ya üzv ölkələrin XİN başçıları toplantısında Türkiyənin təcrid edilməsi haqqında deyilənlər həqiqətən uzaqdır:

“İclasda Yunanıstan, Fransa və ABŞ üçlüyünün Türkiyəyə yönəlmiş hücumları Almaniya, İngiltərə, İtaliya, İspaniyanın XİN başçıları tərəfindən dəstək ala bilməyib”, -  deyə bildirilib.

Loading...