Türkiyə terrorla mübarizəni davam etdirəcək  Ərdoğan
Dünya
27.10.2020 12:55
73

Türkiyə terrorla mübarizəni davam etdirəcək Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində Türkiyənin Hatay vilayətində baş verən partlayışa münasibət bildirib.

Mediabaku-nun məlumatına görə, paylaşımda Ərdoğan ölkənin təhlükəsizlik qüvvələrini Hatayda uğurlu antiterror əməliyyatı münasibətilə təbrik edib.

Türkiyə prezidenti qeyd edib ki, Türkiyə artıq bu cür hücumlarla idarə oluna biləcək bir ölkə deyil:

"Həm ölkə daxilində, həm xaricində terrorizmə və dəstəkçilərinə qarşı mübarizəmizi davam etdirəcəyik".

Loading...