Türkiyə və Azərbaycan bayraqlarını təhqir edən şəxs SAXLANILDI  - QATI CİNAYƏTKAR İMİŞ
Siyasət
27.12.2020 19:30
262

Türkiyə və Azərbaycan bayraqlarını təhqir edən şəxs SAXLANILDI - QATI CİNAYƏTKAR İMİŞ

İstanbulun Tokatköy məhəlləsi Sultanəziz küçəsində naməlum şəxs binalardan birinin qarşısındakı Türkiyə və Azərbaycan bayraqlarını çıxardaraq nümayişkaranə şəkildə yerə atıb.


MediaBaku.az Axar.az-a istinadən xəbər verir ki, sakinlərin məlumatı əsasında olay yerinə gələn polis əməkdaşları qısa axtarışdan sonra çirkin əməli törədən şəxsi yaxalayıblar.


Sözügedən şəxsin 47 yaşlı M.A. (şərti ad – red.) olduğu müəyyən edilib.


Araşdırmalardan sonra həmin şəxsin psixoloji problemlərinin olduğu, həmçinin indiyədək bir çox cinayət əməli törətdiyi müəyyən edilib.


Hüquqi prosedurlardan sonra M.A. “Dövlət atributlarını təhqir etmə” maddəsi ilə ittham edilərək müvafiq orqanlara təhvil verilib.

Loading...