Türkiyə və Qazaxıstan arasında strateji tərəfdaşlıq sazişi imzalandı
Dünya
11.05.2022 09:23
578

Türkiyə və Qazaxıstan arasında strateji tərəfdaşlıq sazişi imzalandı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfəri çərçivəsində Ankarada 1 milyard dollarlıq sazişlər paketi imzalanıb.

MediaBaku.az xəbər verir ki, o, bu barədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Tokayev Türkiyəni çox mühüm strateji tərəfdaş adlandırıb və Ərdoğanı Qazaxıstana səfərə dəvət  edib.

Sənədlərin imzalanması mərasimindən sonra dövlət başçıları bir müddət stolüstü tennis oynayıblar.

Qeyd edək ki, Qazaxıstan və Türkiyə nümayəndə heyətləri arasında aparılan danışıqlar nəticəsində 15  saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.

Loading...
Loading...