Türkiyədə dəhşətli hadisə:  2 nəfər topağın altında qaldı
Dünya
20.12.2020 14:45
214

Türkiyədə dəhşətli hadisə: 2 nəfər topağın altında qaldı

Adananın Sarıçam rayonunun Suluca məhəlləsində quyunun çökməsi nəticəsində 2 nəfər torpağın altında qalıb. 

Mediabaku.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Adanada su quyusu qazmaq üçün çalışan iki işçi torpağın altında qalıb. İşçiləri xilas etmək səyləri davam edir.  Əldə edilən məlumata görə, hadisə Sarıçam rayonunun Suluca Məhəlləsində baş verib.  İddialara görə, su quyusu qazmaq üçün quyuya girən 2 işçinin üstünə torpaq çöküb. Ətrafdakılar hadisəni görəndən sonra bölgəyə xilasetmə qrupları göndərilib. İşçiləri 5-6 metr dərinliyində quyudan qurtarmaq üçün səfərbər olunan qruplara vətəndaşlar da dəstək olmağa başlayıb. Ətrafdakıların da köməyi ilə torpaq altında qalan iki nədər xilas edilib. 


Sabit Əliyev

Türkiyə
Adana
Hadisə
Qəza
Qardaş ölkə
İşçi
Loading...
Loading...