Türkiyədə koronavirusdan sağalanların sayı 431 mini keçib
Dünya
07.12.2020 01:44
97

Türkiyədə koronavirusdan sağalanların sayı 431 mini keçib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 195 nəfər dünyasını dəyişib.


 MediaBaku.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 14 900 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 093 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 539 291 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 4 011 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 431 253 nəfər təşkil edir.

Loading...