Türkiyədə son sutkada koronavirusdan 193 nəfər dünyasını dəyişib
Dünya
03.01.2021 23:59
232

Türkiyədə son sutkada koronavirusdan 193 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 193 nəfər dünyasını dəyişib.


MediaBaku.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.


Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 21v 488 nəfərə çatıb.


Onun sözlərinə görə, ölkədə 9 877 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 241 912 nəfərə çatıb.


Nazir bildirib ki, ötən gün koronavirusdan 10 102 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 136 534 nəfər təşkil edir.


Şəfa Nəsibova

Loading...