Türkiyədən Azərbaycan Zəfərinə həsr olunanan xüsusi proqram yayınlanacaq BENGÜ TÜRK TV - FOTOLAR
Cəmiyyət
12.12.2020 13:18
265

Türkiyədən Azərbaycan Zəfərinə həsr olunanan xüsusi proqram yayınlanacaq BENGÜ TÜRK TV - FOTOLAR

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramı yeni mövsümdə Vətən savaşına həsr olunan proqramlarla hər həftə tamaşaçıların görüşünə gəlir. Bu barədə SİA-ya proqramın müəllifi və aparıcısı, həmyerlimiz jurnalist Səidə Ömər məlumat verib.

“Azərbaycan həqiqətləri ilə yayınlanan Azərbaycan Rüzgarı programının bu bazarkı proqramının önəmi mənim üçün çox qürurverici bir hissdir” deyə bildirən S.Ömər proqramın bu dəfəki proqramında Azərbaycanın – Prezident, Ordu və Xalqı birliyindən doğan vahid güc sayəsində əldə edilən möhtəşəm zəfəri, eyni zamanda, bu zəfərdə Türkiyənin əvəzolunmaz dəstəyini tamaşaçılara təqdim etmək istədiyini deyib: “Artiq 2 ildən çoxdur ki, doğma Azərbaycanımı Türkiyə tamaşaçısına, o cümlədən kanalımızı izləyən digər ölkə vətəndaşlarına tanıdıram. Çünki bu həftədəki buraxılış nəhayət, Zəfər duyğuları ilə başlayacaq qələbəni bizə bəxş edən, Azərbaycan ordusundan, qəhrəmanlığından bəhs edəcəyik. Programda şəhidlərimz anılacaq, Qarabağ mövzusu, doğma Qarabağımızın qələbə xəbərlərindən, eyni zamanda, Azərbaycan Türkiyə qardaşlığından bəhs ediləcək. Bu 44 günlük müharibədə hər kəs öz silahı ilə döyüşdü. Mənim də silahım bu proqram idi ki, səsimizi media vasitəsilə dünyaya çatdırmağa çalışdım”.

Qeyd edək ki, zəfər proqramı bu gün Türkiyə vaxtı ilə saat 20:00-da yayımlanacaq.

Loading...
Loading...