Türkiyəli deputat gecikmə səbəbini açıqladı:  “Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq…”
Siyasət
30.11.2020 15:33
158

Türkiyəli deputat gecikmə səbəbini açıqladı: “Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq…”

Xəbər verdiyimiz kimi Türkiyə Böyük Millət Məclisi türk əsgərlərinin Qarabağda xidməti ilə bağlı qərar qəbul edib və qərar artıq təsdiqlənib.

Lakin qərar artıq iki həftədir ki, qəbul edilsə də icra edilmir. Maraqlıdır, türk əsgərlərinin Qarabağa yerləşdirilməsini gecikdirən səbəblər nələrdir? Əsgərlərin Azərbaycanda 1 ildən çox qalma ehtimalı varmı?

Mediabaku.az xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a danışan CHP-dən olan türkiyəli millət vəkili Atilla Sertel türkiyəli əsgərlərin Azərbaycana göndərilməsinin tam zamanı olduğunu, gecikmənin isə iqtisadi problemlərdən irəli gəldiyini bildirib:

Türkiyədə indi iqtisadi baxımdan sıxıntılar var. Hazırda hökumət qətərlilərə şirkətləri satmaqla məşğuldur bu baxımdan yəqin ki, əsgərlərin göndərilməsi məsələsi yubanır”.

Deputat türkiyəli əsgərlərin Qarabağda 1 ildən də çox qala biləcəyini diqqətə çatdırıb:

“Türkiyəli əsgərlərin Azərbaycanda 1 ildən çox qalması məsələsi gündəmə gətirilərsə biz partiya olaraq yenə də bu qərarı dəstəkləyəcəyik. Azərbaycan nə qədər istəsə türkiyəli əsgərlər də o qədər Qarabağda qalmalıdır”.

Loading...