Türkiyənin 11 vilayətində FETÖ əməliyyatı:  26 nəfər...
Dünya
04.01.2021 21:24
361

Türkiyənin 11 vilayətində FETÖ əməliyyatı: 26 nəfər...

Türkiyənin Ədirnənin mərkəzi daxil olmaqla 11 vilayətdə FETÖ-nün özəl strukturlarına qarşı keçirilən əməliyyatda 26 şübhəli nəzarətə alınıb.


MediaBaku.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) Ədirnədə yerləşən 11 vilayətində özəl strukturlarına qarşı aparılan əməliyyatda 26 şübhəli ələ keçib.

Baş prokuror tərəfindən terror təşkilatının "Vəkil-özəl quruluş", "Hərbi xüsusi quruluş" və digər özəl quruluşların üzə çıxarılması istiqamətində aparılan işlər çərçivəsində əməliyyatlar təşkil edilib.

Ədirnə Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsindən verilən məlumata görə, şübhəlilər Ədirnə, İstanbul, Ankara, İzmir, Bursa, Tokat, Konya, Bayburt, Trabzon, Isparta və Siirt vilayətlərində nəzarətə götürülüb.


Sabit Əliyev

Loading...
Loading...