Üç ölkənin gömrükçüləri gələcək əməkdaşlığı müzakirə ediblər
İqtisadiyyat
12.05.2022 19:51
814

Üç ölkənin gömrükçüləri gələcək əməkdaşlığı müzakirə ediblər

Azərbaycandan tranzit  keçməklə Gürcüstan, Türkiyə marşrutu ilə hərəkət edən yük nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrində yaranan sıxlıqlarının aradan qaldırılması məqsədilə mayın 12-də gömrük orqanlarının nümayəndələri arasında üçtərəfli görüş keçirilib.

MediaBaku.az xəbər verir ki, bu barədə   Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Türkiyə ilə Gürcüstan arasındakı Sarp gömrük-keçid məntəqəsində keçirilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Komitəsi sədrinin müavini Cavad  Qasımov, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə, Türkiyənin Kaşqar Ticarət və Gömrük bölgə müdiri Rəcəp Bilgiç, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük departamentinin rəhbəri Zurab Siçinava iştirak ediblər.

Görüşdə hər üç ölkə arasında müxtəlif sahələrdə qurulan strateji əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib, beynəlxalq tranzitin inkişafı, regiondan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması məqsədilə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Son dövrdə hər 3 ölkənin ərazisindən tranzit qaydada keçən nəqliyyat vasitələrinin sayının kəskin şəkildə artdığı bildirilib və s     sərhədkeçmə   proseslərinin  sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

O da qeyd olunub ki, Türkiyənin Hopa rayonu yaxınlığında inşa olunan yeni terminal avtomobil axınının  daha  da sürətli hərəkətinə şərait yaradacaq.

Eyni zamanda, Türkiyə-Gürcüstan sərhədindəki Türkgözü gömrük-keçid məntəqəsində aparılan yenidənqurma işlərinin qısa zaman  kəsiyində yekunlaşdırılacağı,  bununla da sərhədkeçmə proeslərinin sürətlənəcəyi və sıxlıqların aradan qaldırılacağı bildirilib.

Bundan başqa, avtomobillərin sıxlığının aradan qaldırılması məqsədilə Sarp gömrük-keçid məntəqəsindən nəqliyyat vasitələrinin Gürcüstan-Türkiyə sərhədindəki Karçaxi-Aktaş müqabil gömrük-keçid məntəqələrinə yönləndirilməsinə qərar  verilib.


Loading...
Loading...