UEFA Region Kubokunun oyunları Azərbaycanda keçiriləcək
İdman
22.04.2022 23:54
786

UEFA Region Kubokunun oyunları Azərbaycanda keçiriləcək

UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları 23-29 iyun tarixlərində Azərbaycanda keçiriləcək.


MediaBaku.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından verilən məlumata əsasən, ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi ilkin mərəhələnin 2-ci qrupunda Belarus komandası ilə qarşılaşacaq.



İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaq.


Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına  rəqib  olacaq.


Qeyd edək ki, UEFA Region Kubokunun 2020/21-ci illər mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.
Loading...
Loading...