Uill Smitin vurduğu sillə həyatını alt-üst etdi
Maqazin
20.04.2022 18:47
1097

Uill Smitin vurduğu sillə həyatını alt-üst etdi

94-cü “Oskar” mükafatları mərasimində Kris Roka atdığı sillə Uill Smitə baha başa  gəlib.

MediaBaku.az Hit.az-a istinadən xəbər verir ki, dünya mətbuatında "Smitin 14 gün içində başına gələnlər" adlı məqalə dərc olunub.

Yazıda aktyorun həyat yoldaşı Cada Pinkett-Smitin və uşaqlarının ondan üz döndərdiyi iddia olunub.

Hollivud ulduzunun reabilitasiya mərkəzlərinə müraciət etdiyi və psixoloqlardan kömək istədiyi bildirilib. 

Xatırladaq ki, sonuncu “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı  qalmaqal  yaşanıb.

Belə ki, səhnədə olan aktyor Kris Rok həmkarı Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna reaksiya verən Uill Smit səhnəyə çıxaraq Rokun üzünə sillə vurub.

Buna görə də aktyor “Oskar” mükafatlandırma mərasimi də daxil olmaqla, 10 il ərzində keçirilən mötəbər tədbirlərdə iştirak edə bilməyəcək. Bununla yanaşı aktyor bir çox böyük layihələrindən də imtina etməli olub.
Loading...
Loading...