Ümid Tv və Xəbər24 kollektivi  Şəhid ailəsini ziyarət etdi  ÖZƏL
Gündəm
19.11.2020 23:11
68

Ümid Tv və Xəbər24 kollektivi Şəhid ailəsini ziyarət etdi ÖZƏL

Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, bizlərə doğma, əziz olan Vətənin bir qarış, bir ovuc torpağı uğrunda candan, qandan keçmək üçün bir an belə tərəddüd etmirik. Vətənin hər daşı, hər qayası üçün haqq savaşına çıxan, Ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız  bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılmalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. Çünki Vətən naminə, torpaqlarının ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim mənəvi borcumuz, ən əsası da ən ümdə vəzifəmizdir.


Bu gün də Ümid Teleradio Yayım Şirkətinin əməkdaşları VƏTƏN müharibəsində şəhid olan igidimiz Nicat Sələfovun valideynlərinə baş çəkiblər. 


Ümid Teleradio Yayım Şirkətinin rəhbəri bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.


Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.


Şəhidin atası İlqar Sələfov Ümid Tv əməkdaşlarının şəhid ailələri ilə görüşməsini, problemlərini dinləməsini və həllinə çalışmasını şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib.


Şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik.


Elcan Məmiyev / Ümid Tv

Sehidler
olmez
veten
bolunmez
Loading...