ÜST TƏBİB-ə 1 milyon tibbi maska təhvil verib  - FOTO
Cəmiyyət
18.12.2020 10:18
116

ÜST TƏBİB-ə 1 milyon tibbi maska təhvil verib - FOTO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon ədəd tibbi maska təhvil verilib.

MediaBaku.Az Trend-ə istinadən bildirir ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı və TƏBİB-in tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva təhvil-təslim aktını imzalayıblar.

Bundan sonra da müvafiq tərəfdaşlara və yerli qurumlara tibbi maskaların paylanması davam edəcək.


Loading...