Vətən Müharibəsində şücaət göstərən daha bir hərbçimiz İlknur Zamanlı
Müharibə
26.12.2020 00:02
677

Vətən Müharibəsində şücaət göstərən daha bir hərbçimiz İlknur Zamanlı

Vətən Müharibəsində şücaət göstərən daha bir hərbçimizi tanıyaq.


MediaBaku.az daha bir qəhrəman hərbçimiz haqda məlumatı təqdim edir:


Salyan rayon Şorsulu kəndindən olan hərbçimiz 
Zamanlı İlknur Şirindil oğlu 11.11.1995-ci ildə elə yaşadığı kənddə dünyaya göz açıbAzərbaycan Ordusu sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı başlayanda o da, könüllü yazılaraq döyüşə yollanıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək, düşmən hədəflərinin dəqiq atəşlə məhv edilməsində iştirak edib. 


Qəhrəman döyüşçümüz Xocavəndin Ziyarətgah dağı, Zəngilanın Mincivan və Qubadlının Qara Kişilər kəndlərinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdcə vuruşub.

Hazırda xidmətini davam etdirir. 


İlahə Kişiyeva


Loading...