Vətən müharibəsinin qəhrəmanı:
Müharibə
24.12.2020 14:50
1625

Vətən müharibəsinin qəhrəmanı: "Düşmən hər zaman qorxu içində yaşayıb" - FOTO

"Onlar hər zaman qorxu içində yaşayıblar. Bilirdilər ki, axır əvvəl Qarabağ Azərbaycanındır".


Bu barədə MediaBaku.az-a müsahibəsində Vətən müharibəsi döyüşçüsü Azad Səbzəlyev bildirib.


- Azad bəy, 44 günlük müharibə barədə təəssuratlarınızı bölüşərdiniz. Necə oldu ki, könüllü getmək qərarına gəldiniz?


- Səbzəliyev Azad Azər oğlu. Tovuz hadisələrindən sonra səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət komitəsinə müraciət etdim. Evin tək övladı olduğum üçün qəbul etmədilər. Hər şeyə rəğmən 3 dəfə adımı yazdırdıqdan sonra qəbul olundum.


- Döyüşçü kimi xüsusi yadda qalan hər hansısa bir əməliyyatı xatırlayırsınızmı?


- Qubadlı istiqamətində döyüşlərdə iştirak etdik. Əslində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın istiqamətində olmuşam, amma sadəcə Qubadlı istiqamətində döyüşlərdə iştirak etdim.


- Bizi düşməndən üstün edən nədir?


- Bizi düşməndən üstün edən Şanlı AZƏRBAYCAN ƏSGƏRİNİN komandiri düzgün və səlist şəkildə yerinə yetirməsi, ayıq sayıq olması. 
Düşmən hər zaman qorxu içində yaşayıb. Bilirdilər ki, axır əvvəl Qarabağ Azərbaycanın olacaq.


- Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçıları ilə sizi nə fərqləndirir?


- Specnaz irəliləyirdi bizdə onların arxası ilə. 
Yeri gəldikdə kömək də edirdik. Təki vətən sağ olsun. Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhid analarının əlindən öpürəm.


- Yaxşı döyüşçü nə etməlidir?

- Yaxşı döyüşçü odur ki, bayaq vurğuladığım kimi böyük rəislərini, komandasını düzgün şəkildə yerinə yetirməsi, ayıq - sayıq olması, bütün komandaları düzgün yerinə yetirməsi, yaxşı döyüşçü budur. Bir də belə bir misal var "təlimlər də tökülən tər döyüş də zəfər çalmaq deməkdir".


- Təşəkkür edirəm.


- Vaxtınızı aldığım üçün haqqınızı halal edin.


- Siz haqqınızı bizə halal edin. Bizim üçün döyüşmüsünüz.


Ayişəgül Əhmədova

Loading...
Loading...